"Yuventus" yay transfer dönəmində orta xəttini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" Pol PoqbaJorginyonu heyətinə qatmaq niyyətindədir.

Bu barədə məlumatı "Goal" nəşri yayıb. Xəbərə görə, Turin təmsilçisi Pyaniçi də komanda da saxlayaraq ən güclü orta xəttə sahib olmaq istəyir.

Qeyd edək ki, Pol Poqba "Mançester Yunayted"dən ayrılmaq niyyətindədir. Maurizio Sarri isə Jorginyo ilə əlaqə quraraq "Yuventus"a dəvət edib.