"Breşiya"nın yarımmüdafiəçisi Sandro Tonali üzücü xəbər alıb.
Offsideplus.az xəbər verir ki, "Barselona" 19 yaşlı futbolçunun transferindən imtina edib.
Buna səbəb "Breşiya"nın Sandro üçün 60 milyon avro tələb etməsi olub. Kataloniya təmsilçisi yarımmüfafiəçi üçün tələb olunan məbləğin yüksək yüksək hesab edir.
Qeyd edək ki, Sandro Tonali 3 ildir ki, "Breşiya"nın əsas komandasında çıxış edir.