İtaliyanın məşhur futbol məşqçisi Fabio Kapello "Milan"ın müdafiəçisi Leonardo Bonuççi barədə fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, "Sky İtalia"ya açıqlama verən təcrübəli mütəxəsis bunları deyib:

"Bonuççi topla ən yaxşı rəftar edən italiyalı futbolçudur. Bəlkə də, bu baxımdan dünyanın ən yaxşı 3 müdafiəçisindən biridir. Problem budur ki, Bonuççi müdafiə oluna bilmir. "Juventus"un müdafiəsində oynayanda ideal vəziyyətdə idi. Üçlü müdafiə sxemində gözəl təsir bağışlayır. Amma 4-lü sxemdə çətinlik çəkir".