“Milan”ın qapıçısı Canluici Donnarumma karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Real Madrid"in baş məşqçisi Zinəddin Zidan 21 yaşlı oyunçunun alınmasını istəyib. “Kral klubu”nun Donnarumma üçün “Milan”a 50 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Gənc qapıçının "Milan"la müqaviləsi 2021-ci ilə qədərdir. O klubun yeni müqavilə təklifini qəbul etməyib. 21 yaşlı qolkiper "Real"la yanaşı “Çelsi” və PSJ-nin də maraq dairəsindədir.