"Roma" klubunun futbolçuları 4 aylıq məvaciblərindən imtina ediblər.
Offsideplus.az xəbər verir ki, bu qərar COVİD-19 epidemiyası səbəbindən maliyyə böhranını aradan qaldırmağa və klub işçilərini işdən çıxarmamağa kömək edəcək.
Futbolçularla yanaşı baş məşqçi Paulo Fonseka və məşqçilər heyəti də bu addımı atıblar. Bu isə o deməkdi ki, “Roma”nın futbolçuları və məşqçiləri mövsümün sonuna kimi maaş almayacaqlar.