“Latsio” transfer planı bəlli olub.

Offsideplus.az xəbər verir ki, Roma təmsilçisi mövsümlərarası fasilədə heyətini 3 futbolçu ilə gücləndirəcək.

Paytaxt klubu “Verona”nın 20 yaşlı müdafiəçisi Maraş Kumbulanın transferində maraqlıdır. Yarımmüdafiə xəttini isə “Milan”da çıxış edən Cakomo Bonaventura gücləndirməlidir. Simeone İnzaqi hücum xəttində fransalı Olivye Jirunu görmək istəyir. "Çelsi"nin üzvünün transfer etmək o qədər də asan olmayacaq. Forvardla Avropanın bir sıra aparıcı klubları yaxından maraqlanır.

Qeyd edək ki, “Latsio”nun idman direktoru İqli Tare hər üç transferin gerçəkləşdirilməsi yönündə işlərə başlamağa hazırlaşır.