“Yuventus” klubunun təcrübəli qapıçısı Canluici Buffon komandası ilə yeni müqavilə imzalamaq barəsində razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, qapıçı  “Yuventus”la müqaviləsini 2021-ci ilə qədər uzadacaq.

Buffonun yeni müqaviləsinin cari müqaviləsindəki eyni şərtlərlə imzalandığı qeyd edilir.