İtaliya çempionatlarında çıxış edən klublarının məşqlərə başlama vaxtları bəlli olub.

Offsideplus.az xəbər verir ki, ölkədə pandemiya ilə əlaqədar olaraq karantin müddəti mayın 3-nə kimi uzadılıb.

Məlumatı İtaliyanın baş naziri Cüzeppe Konte verib. İdman naziri Vinçestso Spadafora isə idmançıların, klubların mayın 4-dən etibarən məşqlərə başlaya biləcəklərini bildirib.

Qeyd edək ki, İtaliya koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir.