"Milan" klubunun koronavirusa yoluxan idman direktoru Paulo Maldini sağalıb.

Offsideplus.az xəbər verir ki, onun artıq klubdakı işinə qayıtdığı bildirilib.

Qeyd edək ki, P.Maldini və oğlu olan "Milan"ın futbolçusu Daniel Maldini də martın 21-i koronavirus aşkarlanmışdı.