İtaliyanın "Roma" klubu koronavirus pandemiyası səbəbi ilə yaranan mövcud vəziyyətlə bağlı yeni qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi yaranan maddi problemlərə görə, bir sıra futbolçularını satışa çıxarır. Bu siyahıda ilk ad isə Çingiz Ündərdir. "Roma" türkiyəli futbolçusunu satmaq qərarında qətidir. Bu barədə İtaliyanın məşhur "Calciomercato" nəşri məlumat yayıb. Belə ki, sözügedən mətbu orqan "Roma"nın ilk qurbanı Ündərdir" başlıqlı məqalə paylaşıb.
Qeyd edək ki, Ündər 2017-ci ildən "Roma"da çıxış edir.