"Milan” baş məşqçi postuna Ralf Ranqniki gətirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İtaliya nəhəngi alman mütəxəssislə anlaşacağı təqdirdə, transferlər üçün 75 milyon avro vəsait ayıracaq.

Ralfla danışıqlar alınmasa, klub rəhbərliyi Luçano Spalletti ilə təmasa keçəcək.

2013/2014 mövsümündən bəri Çempionlar Liqasında iştirak etməyən "Milan" cari mövsümün gedişində Marko Campaolonu istefaya göndərərək Stefano Pioli ilə anlaşıb.