"Roma"nın sabiq üzvü Françesko Totti koronavirus pandemiyası səbəbindən təxirə salınan İtaliya A Seriyası ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu çempionatın bərpa olunmayacağını bildirib. "Football İtalia"ya danışan Totti hər şeyi nizama salmağın çətin olacağını deyib:

"Çempionatın bərpa olunmayacağını düşünürəm. Əksi olsa, qarşıqlıq olacaq. Hər şeyi nizama salmaq üçün FİFA və İtaliya Futbol Federasiyasına zaman lazımdır".