"Roma" nümunəvi addım atıb.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi koronavirus pandemiyası ilə mübarizə aparmaqda köməkçi olan səhiyyə işçilərinə jest edib.
Klubun mətbuat xidmətinin məlumtına görə, “canavarlar” çempionat bərpa olunduqdan sonra keçirəcəkləri ilk ev oyununu həkimlərə həsr edəcək. Bu səbəbdən də səhiyyə işçilərinə 5000 pulsuz bilet ayıracaq.
Qeyd edək ki, İtaliyada 50-dən çox səhiyyə işçisi koronavirusun qurbanı olub.