"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Yuventus"un müdafiəçisi Leanardo Bonuççinin transfer edilməsini istəyir.

 Offsideplus.az xəbər verir ki, "Calcimercato.com" bu yay "şəhərlilər"in mərkəz müdafiəçisi transfer edəcəyini yazıb. Qvardiolanın əsas hədəfi italiyalı oyunçudur. İspan mütəxəssis 32 yaşlı futbolçunun transferində israrlıdır.

"Yuventus"un isə Bonuççini satmaq fikri yoxdur.