"Yuventus" klubu yayda  üç futbolçusu ilə müqaviləsini yeniləməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bunlar qapıçı Canluici Buffon, müdafiəçi Corcio Kyellini və yarımmüdafiəçi Blez Matyuididir. Hər üç oyunçunun müqaviləsinin daha bir il uzadılacağı gözlənilir.

Qeyd edək ki, 42 yaşlı Buffon 11 qarşılaşmada 9 top buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.