"Betis"in yarımmüdafiəçisi Nabil Fekir "Milan"ın maraq dairəsinə düşüb.
Offsideplus.az AS-a istinadən xəbər verir ki, mövsümün sonunda "Rossoneri" 26 yaşlı fransız üçün 40 milyon avro ödəməyə hazırdır.
Keçən yay Fekirin "Lyon"dan transferi "Betis"ə təxminən 20 milyon avroya başa gəlmişdi. Futbolçu Əndəlus klubu ilə 2023-cü ilin iyununa qədər 100 milyon dollar təzminat məbləği ilə müqavilə imzalayıb.
Qeyd edək ki, fransız futbolçu 22 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.