İtaliya A Seriyası davam etdiriləcək.
Offsideplus.az xəbər verir ki, mayın 2-dən etibarən çempionat oyunları qaldığı yerdən start götürəcək. Məlumatı "La Republika" nəşri yayıb.
Xəbərə görə, koronavirus səbəbindən qarşılaşmalar azarkeşsiz keçiriləcək. Mövsümə iyulun 30-da yekun vurulacaq.
Qeyd edək ki, nəşr AVRO-2020-nin də təxirə salınaraq sentyabrda keçiriləcəyini qeyd edib.