PSJ klubu "Yuventus"un futbolçusu Miralem Pyaniçi transfer etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin nümayəndələri 29 yaşlı yarımmüdafiəçinin agenti ilə danışıqlara başlayıblar. Paris klubunun bu transferi yaya kimi bitirmək istədiyi bildirilir.
Qeyd edək ki, Pyaniç 2016-cı ildən "Yuventus"da çıxış edir.