Koronavirus İtaliyada dəhşət saçmağa davam edir.
Offsideplus.az xəbər verir ki, A Seriyasında mübarizə aparan "Fiorentina"nın daha 3 üzvü xəstəliyə yoluxub. Dusan Vlahoviçdən sonra Patrik Kutrone və Cerman Pezzella, fizioterapevt Stefano Daniyellinin testlərinin nəticələri pozitiv çıxıb.
Məsələ ilə bağlı klubun mətbuat xidməti rəsmi məlumat yayıb. Həmin şəxslə İtaliyadakı evlərində karantinə alınıblar.