Adı Azərbaycan milllisi ilə birgə hallanan Canni De Byazi "Abcnews.al" portalına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 64 yaşlı mütəxəssis "Skype" vasitəsi ilə koronavirus barədə danışıb:

"Evdə qalın. Hamımız bu oyunu birlikdə oynamalıyıq ki, belə bir vəziyyətdən çıxmaq şansımız olsun. "Liverpul"un baş məşqçisi Yurgen Kloppun fikirləri əla idi. Bu vəziyyətdə futbol oynamaq düzgün deyil. Əlbəttə, hiyləgərlik edə bilmirik. Çox güclü komanda olmalıyıq. Futbolçunu digər şəxslərdən ayırmamalı və bu virusa qarşı mübarizə aparmaq üçün hamımız birlikdə olmalıyıq".

Təcrübəli məşqçi Venesiyadakı evində olduğunu və küçəyə çıxmadığını da bildirib:

"Belə bir vəziyyətə düşəcəyimi fikirləşməzdim. Ev dustağı oldum. Çox çətin prosesdir. Ancaq buna uyğunlaşmalı, virusa yoluxmamaq üçün mümkün qədər təmasdan qaçmalıyıq. Məcburi olan işlər görüləcək, amma əsas olan evdə qalmaqdır. Çətin olacaq, amma bunu etməliyik".

128463