Avropa Liqasının 1/8 final mərhələsinin hər iki oyununda “Arsenal”a uduzaraq (0:2, 1:3) mübarizəni dayandıran “Milan”ın baş məşqçisi Cennaro Qattuzo oyunla bağlı fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis oyunsonrası mətbuat konfrasında matçda 1:2 hesabıyla geridə olduqları zaman oyunçularının mübarizə aparmağı dayandırmasından narazılıq edib:
“Oyunçularımla fəxr edirəm. Təəssüf ki, mərhələni “San-Siro”da keçirilən ilk oyunda uduzmuşduq. Məni əsəbləşdirən şey, hesabda 1:2 geridə olduğumuz zaman futbolçuların mübarizə aparmağı dayandırması və nəticədə 3-cü qolu buraxmağımız oldu. Mübarizəni həmişə, sona kimi davam etdirmək lazımdı.
Hakim haqqında danışmaq istəmirəm, çünki hakimlər də oyunçular kimi səhv edə bilərlər. Uşaqlarla qürur duyuram və belə davam etməliyik. Heç bir bəhanə axtarmıram”.