İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Milan" səfərdə "Fiorentina" ilə qarşılaşır. İkinci hissənin ortalarında qonaqların heyətində məcburi əvəzlənmə olub. Belə ki, "rossonyerlər"in əsas qapıçısı Donaruma zədələnib və o, yeni transfer Asmir Beqoviçlə əvəzlənib. Bu 32 yaşlı əlcək ustasının "Milan"da ilk oyunu olub.

Qeyd edək ki, Beqoviç İtaliya klubuna "Qarabağ"dan gedib. Hazırda oyunda hesab 1:0 "Milan"ın xeyirinədir.