"Milan" növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Offsideplus.az "Calciomercato" nəşrinə istinadla xəbər verir ki, klubun texniki direktoru Paolo Maldinin yeni baş məşqçi vəzifəsinə əsas namizədi Ukrayna millisinin çalışdırıcısı Andrey Şevçenkodur.
"Milan" ÇL-ə vəsiqə qazanmasa, klub hazırkı baş məşqçisi Stefano Pioloninin müqaviləsindəki bənddən istifadə edərək ona heç bir təzminat ödəmədən istefaya göndərə bilər.
Xatırladaq ki,Şevçenko futbolçu karyerası ərzində 1999-2006-cı illərdə və 2008/2009 mövsümündə "Milan"ın formasını geyinib.