"Roma"nın sabiq futbolçusu Françesko Tottinin yeni iş fəaliyyətinə başlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə o, özünün "Tvitter" hesabında klub və oyunçulara məsləhət verən iki skaut agentliyi yaratdığını yazıb. Romada gənc istedadların axtarışı ilə məşğul olacaq.
Qeyd edək ki, Totti 2019-cu ilin iyununda "Roma"nın direktoru vəzifəsindən istefa verib.