İtaliyanın SPAL klubu baş məşqçisi Leonardo Sempliçi ilə yollarını ayırıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki,Sempliçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
SPAL-ı bundan sonra Luici Di Byaco çalışdıracaq. Bu mütəxəssis Azərbaycan millisinin də baş məşqçi postuna namizədlərdən biri idi. 48 yaşlı mütəxəssis yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.
SPAL A Seriyasında sonuncu pillədə qərarlaşıb.