"Yuventus" klubu "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı komandanın baş məşqçisi postuna gətirmək istəyir.
Offsideplus.az “The Sun”a istinadən xəbər verir ki, Turin klubunun prezidenti Andrea Anyelli Qvardiolanın komandanı Çempionlar Liqasında çoxdan gözlənilən qələbəyə apara biləcəyini hesab edir. Mütəxəssis İtaliyaya köçmək istəsə, o "Yuventus”a öz şərtlərini diktə edə biləcək.
Turin klubu komandanın son nəticələri ilə əlaqədar Maurisio Sarrini istefaya göndərə bilər. Komanda yarış cədvəlində çempionluq uğrunda "Yuventus”a qarşı mübarizədə iki rəqibin olmasından narazıdır.
Qvardiolanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin iyununa qədər nəzərdə tutulub. Onun illik maaşı 23,5 milyon avrodur. O daha əvvəl verdiyi açıqlamada, klubdan qovulacağı halda ayrılacağını bildirib.
"Yuventus" 23 turdan sonra 54 xalla İtaliya çempionatının yarış cədvəlində ikincidir.