İtaliyanın “Breşiya” klubu yollarını ayırdığı baş məşqçisi Eugenio Koriniyə əvəzləyici tapıb.

Offsideplus.az  klubun rəsmi saytına istindala xəbər verir ki, komandanın yeni baş məşqçisi Dieqo Lopesdir. Lakin uruqvaylı məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Son olaraq Uruqvayın “Penyarol” klubunu çalışdırmış Dieqo Lopes əvvəllər İtaliyada “Kalyari”, “Bolonya” və “Palermo”ya da baş məşqçilik edib.
Qeyd edək ki, “Breşiya” A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu sırada qərarlaşıb.