"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen karyerasını "İnter"də davam etdirəcək.

Offsideplus.az İtaliya klubunun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu "neradzurra" ilə 5 illik müqavilə imzalayıb.

Eriksenin "İnter"də illik məvacibi 7,5 milyon avro olacaq.