PSG-nin sol cinah müdafiəçisi Leyvin Kurzava “Yuventus”a keçməyə razılıq verib.

Offsideplus.az xəbər verir ki, bu barədə Fransa dövlət telekanalı məlumat yayıb. Yayda Paris klubu ilə müqavilə müddəti başa çatacaq futbolçunun 15 milyon avroya satılacağı bildirilir.

Cari mövsümdə PSJ-nin heyətində keçirdiyi 15 oyunda qol vura bilməyən Leyvin qol vurmayıb 1 məhsuldar ötürmə ilə kifayətlənib.