Mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviç yeni ünvanı olan "Milan" klubunda sabah debüt edə bilər.

Offsideplus.az xəbər verir ki, "rossonyerlərin" əsas qapıçısı Canluici Donnarumma dünən məşq zamanı zədələnib. Onun bərpa müddəti dəqiqləşməsə də, sabah İtaliya kubokunda SPAL-la görüşdə oynamayacağı bildirilib.Komandanın baş məşqçisi Stefano Piolinin sabahkı matçda bosniyalı qolkiperə şans verəcəyi gözlənilir.

Qeyd edək ki, "Milan" - SPAL oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.