Cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirən Asmir Beqoviçin karyerasını "Milan"da davam etdirəcək.
Offsideplus.az rəsmi saytına istinadla xəbər verir ki, “Bornmut”un və Bosniya və Herseqovina yığmasının qapıçısı mövsümün sonunadək icarəyə götürülüb.
32 yaşlı qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” yeni qolkiperinə təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək.
Qeyd edək ki, Asmir Beqoviçin "Bornmut"la müqavilə müddəti gələn ilin yayına qədərdi. Bosniyalı qolkiper cari mövsümün əvvəlindən formasını geyindiyi “Qarabağ”da 15 oyun keçirib və 15 qol buraxıb.