İtaliya A seriyasının XIX turunda səfərdə "Roma" üzərində qələbə qazanan "Yuventus" liderliyə yüksəlib - 2:1.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi cari mövsüm A seriyasında 15 qələbədən 11-də rəqibini 1 top fərqi ilə üstələyib. Top-5 liqalarda italyanların ən yaxın izləyicisi "Liverpul"dur. Qırmızılar Premyer Liqanın 10 görüşündə 1 top fərqli qələbəyə sevinib.

Qeyd edək ki, "Yuventus" 48 xalla turnir cədvəlinə başçılıq edir.