İtaliya Futbol Federasiyası "Latsio" klubunu cərimələyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb A Seriyanın 18-ci turu çərçivəsində keçirilən "Breşia" ilə oyunda (2:1) azarkeşlərin rəqib futbolçu Mario Balotelliyə qarşı irqçi şüarlar səsləndirilməsi olub.
Klubun 20 min avro məbləğində cərimələndiyi bildirilib.