“Yuventus” heyətinə daha bir futbolçu cəlb edib.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Turin təmsilçisi “Parma”da oynadığı futbolla diqqət mərkəzinə düşən yarımmüdafiəçi Deyan Kuluşevskini heyətinə qatıb. İsveçli futbolçu Turin təmsilçisi ilə 4 illik müqaviləyə imzalanıb.
“Yuventus” bu transfer üçün 35 milyon avro ödəyib. “Atalanta” əlavə bonuslar da qazanmaq şansına malikdir.
19 yaşlı futbolçu Turin təmsilçisinə mövsümün sonunda qoşulacaq.
Qeyd edək ki, Deyan Kuluşevski cari mövsümdə icarə əsasında çıxış etdiyi “Parma”nın heyətində 17 oyunda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.