İtaliyanın “İnter” klubu ciddi itkilərlə üzləşib. 

Offsideplus.az xəbər verir ki, komanda İtaliya kubokunun 1/4 final mərhələsində “Milan”la keçiriləcək oyunda iki əsas futbolçusunun xidmətindən istifadə edə bilmyəcək. Bunlar Danilo Ambrozio və Joao Mirandadır.

Hər iki futbolçu A seriyasının 18-ci turunda “Sassuolo” ilə oyunda zədələnib.

Qeyd edək ki, “İnter” - “Milan” oyunu dekabrın 27-də keçiriləcək.