İsveç hücumçusu Zlatan İbrahimoviçin "Milan"a keçəcəyi dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu "Milan"la 6 aylıq müqavilə imzalayacaq.

İtaliya mətbuatı Zlatanın qərarının 2 gün ərzində elan ediləcəyini yazıb. Tərəflərə yalnız detalları nizama salmaq və sazişi bağlamaq qalıb.

İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"da çıxış edib. Həmin dövrdə İsveç futbolçusu 85 matçda 56 qol vurub.