"İnter" klubu "Çelsi"nin futbolçusu Markos Alonsoya "elçi" düşüb.
Offsideplus.az xəbər verir ki, bu barədə nüfuzlu "Calcio Mercato" nəşri məlumat yayıb. Məlumata görə, komandanın baş məşqçisi Antonio Konte 28 yaşlı ispaniyalı müdaifəçini öz sərəncamında görmək niyyətindədir. "Çelsi" klubu isə futbolçuya görə, qarşı tərəfdən 40 milyon avro tələb edir.
Qeyd edək ki, "Çelsi"nin daha bir üzvü Olivie Jiru qarşıdakı qış transfer pəncərəsində İtaliya "İnter"inə keçməyə çox yaxındır.
Daşqın Əziz