Heyətində bir neçə dünya ulduzunun yer aldığı "Yuventus" klubu gənc futbolçulara da diqqət ayırmağı unutmur.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" "Breşia"dakı uğurlu çıxışı ilə milli komandaya qədər yüksələn Sandro Tonalini transfer etmək istəyir.
"Goal.com"un əldə etdiyi məlumata görə, "Yuventus"un idman direktoru Fabio Paratiçi 19 yaşlı futbolçunu 50 milyon ödəyərək heyətə gətirmək fikrində olduğunu bildirib. Turin klubu gənc oyunçu ilə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.