A Seriyası klubu "Breşia" iqtisadi baxımdan çətin günlər yaşayır.
Offsideplus.az xəbər verir ki, mövcud vəziyyət klubun ulduz futbolçusu Mario Balotellinin qışda klubdan ayrılmasına səbəb ola bilər.
"Breşia"nın prezidenti Çellino bu barədə açıqlamasında Balotellinin gedişini istisna etməyib: "Mario üzgündür, çünki fikrini tam olaraq futbola yönəldə bilmir. A Seriyasına dönməklə futbolçu karyerasını xilas etmək üçün fədakar addım atdı. Bəlkə də daha asan olacağını düşünürdü. Yanvarda təzminat məbləği ödəmədən klubdan ayrılmaq haqqı var. Seçim etməsi lazımdır. Mən getməsini istəmirəm. Mario getsə, ikimiz də verdiyimiz sözü tutmamış olacağıq".