İtaliya A seriyasının XXVII turundan təxirə salınan qarşılaşmaların keçiriləcəyi tarix müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, yerli futbol federasiyası oyunları gələn aya təyin edib.
Dünən keçirilməli olan 7 görüş "Fiorentina"nın kapitanı Davide Astorinin ölümü səbəbindən təxirə salınmışdı. Beləliklə, "Cenoa" - "Kalyari", "Benevento" - "Verona", "Kyevo" - "Sassuolo", "Torino" - "Krotone" və "Udineze" - "Fiorentina" oyunları aprelin 3-4-də, "Atalanta" - "Sampdoriya" matçı isə 11-də baş tutacaq.
Yalnız "Milan"la "İnter" arasındakı qarşılaşmanın tarixi bəlli deyil. "Rossonyerlər" həmin vaxta qədər Avropa Liqasında mübarizəni davam etdirsələr, Milan derbisi başqa tarixdə oynanılacaq.