“İnter” klubu ciddi itkiylə üzləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “neradzurra”nın futbolçusu Nikolo Barella sıradan çıxıb. 

A Seriyasının 13-cü turunun “Torino” ilə matçında (3:0) zədələnən 22 yaşlı yarımmüdafiəçi, ilin sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.

Barella bu mövsüm A Seriyasında 13 oyuna çıxıb və 1 qolla yadda qalıb.