"Milan" klubu Qattuzonun işindən narazıdır.
Komanda yenidən Vinçenzo Montellaya tapşırıla bilər. Offsideplus.az xəbər verir ki, Xəbərdə qeyd olunub ki, 43 yaşlı mütəxəssislə klub arasında imzalanan müqavilə hələ də ləğv olunmayıb. Bu isə o deməkdir ki, tərəflər razılığa gəlsələr, Montella yenidən komandanın sükanı arxasına keçə bilər.
Qeyd edək ki, noyabrın 27-də istefaya göndərilən Montellanın əvəzinə Cennaro Qattuzo baş məşqçi təyin olunmuşdu. "Milan" onun başçılığı altında meydana çıxdığı 4 oyundan 4 xal qazana bilib. Komanda hazırda 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.