A seriyasının 27-ci turunda bugünə nəzərdə tutulan bütün 7 oyun (“Milan” –“İnter” derbi matçı da daxil) təxirə salınıb.

Offsideplus.az xəbər verir ki,  bu haqda İtaliya Futbol Federasiyası qərar verib. Buna ölkə milli komandasının və “Fiorentina”nın 31 yaşlı futbolçusu Davide Astorinin bu gün qəfildən dünyasını dəyişməsi səbəb olub.

Federasiya Astori ailəsinə mənəvi dəstək olmaq üçün belə qərar çıxarıb.

“Fiorentina”nın rəsmi saytı bidirib ki, 31 yaşlı mərkəz müdafiəçisi bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında ölü vəziyyətdə tapılıb. O, yuxudan ayılmayıb. Astorinin ölüm səbəbi məlum deyil. "Fiorentina" bu gün 27-ci turda səfərdə "Udineze" ilə qarşılaşmalı idi.