“Real”ın və Kolumbiya millisinin üzvü Xames Rodriqes zədələnib.

Offsideplus.az futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın düşərgəsində zədələnən yarımmüdafiəçi, Kolumbiyanın yoxlama oyunu çərçivəsində Peru və Mayami ilə qarşılaşacağı matçlarda iştirak edə bilməyəcək.

Xames Rodriqesin durumu ABŞ-da keçəcəyi tibbi müayinədən sonra bilinəcək.