"Parma"nın yarımmüdafiəçisi Jervinyo qeyri-müəyyən müddətə sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, tibbi müayinə zamanı 32 yaşlı futbolçunun sol budunun arxa əzələlərinə ziyan dəydiyi aşkarlanıb. Fil Dişili oyunçunun müalicəsi başlayıb. Onun nə vaxt komandaya qoşulacağı bəlli deyil

Xatırladaq ki, Jervinyo cari mövsümdə meydana çıxdığı 12 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib..