İtaliyalı mütəxəssis Fabio Kapello İtaliya A Seriyasının 12-ci turu çərçivəsində keçirilən “Yuventus” – “Milan” oyunundan (1:0) sonra açıqlama verib.

Offsideplus.az “Sky Sports İtalia”ya istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis, oyunda “qoca sinyora”nın hücumçusu Kriştiano Ronaldonun əvəzlənərkən baş məşqçi Mauritsio Sarriyə etiraz etməsinə münasibət bildirib:

“Ronaldonun etdiyi çirkin hərəkət idi. Meydandan ayrılarkən də, rol modeli olaraq qalmaq lazımdır. O, artıq üç ildir ki, rəqib futbolçuları aldadaraq qol vura bilmir. Ronaldo sadəcə, cərimə meydançasında çempiondur.

Baş məşqçi oyunda qələbə qazanmaq üçün onu əvəzlədi. O, rol modelidir və komanda yoldaşlarına hörmət etməlidir”.

Sarri, “Milan”la oyunun 55-ci dəqiqəsində Ronaldonu Paulo Dibala ilə əvəzləyib. Ronaldo meydandan çıxarkən əsəbiləşərək, birbaşa paltardəyişmə otağına gedib. Görüşün taleyini həll edən yeganə qolu isə argentinalı hücumçu vurub.