A seriyası klubu "Udineze" baş məşqçisi İqor Tudorla yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, komandanın ölkə çempionatında uğursuz çıxışı səbəbindən bu addım atılıb. İ.Tudor 2018-ci ilin aprelindən İtaliya təmsilçisini çalışdırırdı.

Qeyd edək ki, "Udineze" A seriyasında 10 turdan sonra 10 xalla 14-cü pillədə qərarlaşıb.