İtaliyanın “Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, A Seriyasının 10-cu turunun “Atalanta” ilə oyununda (2:2) qırmızı vərəqə alan italyan mütəxəssis 1 oyunluq cəzalanıb. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Ançelotti “Atalanta” ilə oyunda hakimin qərarlarına sərt reaksiya göstərmiş və etiraz etdiyi üçün meydandan qovulmuşdu.

“Napoli” həm də, azarkeşlərinin sözügedən oyunda meydana plastik şüşə atmasına görə 3 min avro cərimələnib.