"Yuventus"un futbolçusu Kriştiano Ronaldo növbəti açıqlaması ilə diqqət çəkib.

Offsideplus.az-ın "France Football"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu deyib ki, ondan asılı olsaydı, təkcə önəmli matçlarda oynayardı:

"Sizə açıq şəkildə söyləyirəm, məndən asılı olsaydı, təkcə bəzi önəmli matçlarda oynayardım. Millinin və Çempionlar Liqasının görüşlərində. Bu cür qarşılaşmalar təhlükəli, çətin və təzyiqin yüksək olduğu mühitdə oynanılır. Həmin vaxt ailənizi, təmsil etdiyiniz klubu və sizə pul verənləri qürurlandırmaq üçün ən yaxşı oyununuzu göstərmək məcburiyyətində qalırsınız".