"Milan"ın futbolçusu Hakan Çalhanoğlu baş məşqçisi Cennaro Qattuzo barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, türk yarımmüdafiəçi 40 yaşlı mütəxssisin onu dəyişdirdiyini deyib:
"O, ən çox mənimlə ünsiyyət saxlayır. Qattuzo istəyir ki, mən təzyiq haqda çox düşünməyim və rahat oyunumu oynayım. O, yaxşı motivasiya etməyi bacarır. Qattuzo məşqçidən daha çox yaxşı psixoloqdur".